Loading ...

STEAM İnnovasiya Mərkəzində beynəlxalq görüş

14 sentyabr 2026

Ölkəmizdə işgüzar səfərdə olan beynəlxalq tərəfdaş, Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Kosmik Muzeylər və Elm Mərkəzləri Komitəsinin sədr müavini, eyni zamanda Beynəlxalq Kosmik Universitetinin (ISU) Məzunlar Assosiasiyasının Himayəçilər Şurasındakı nümayəndəsi Halit Mirahmetoğlu STEAM İnnovasiya Mərkəzində qonaq olub.

Səfər Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq fəaliyyəti çərçivəsində baş tutub.

Görüş zamanı qonağa STEAM İnnovasiya Mərkəzinin fəaliyyəti, burada yaradılmış təhsil və innovasiya imkanları, həyata keçirilən layihələr, eləcə də şagirdlərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat istiqamətlərində bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlər barədə məlumat verilib.

Səfər çərçivəsində Mərkəz ilə tanışlıq, həmçinin elm, təhsil, innovasiya və kosmik sahə üzrə əməkdaşlıq və təcrübə mübadiləsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş beynəlxalq əməkdaşlığın genişləndirilməsi, STEAM təhsilinin inkişafı və gələcək birgə təşəbbüslər üçün yeni imkanların müzakirəsi baxımından əhəmiyyətli olub.

Qalereya