Loading

STEAM İnnovasiya Mərkəzinin ilk ziyarətçiləri şəhid övladları olub.

15 fevral 2023

Fevralın 15-də yeni istifadəyə verilmiş STEAM İnnovasiya Mərkəzinə şəhid övladlarının ziyarəti təşkil olunub. Ziyarətdə 80-dən çox şəhid övladı iştirak edib. Qeyd edək ki, şəhid övladları mərkəzin ilk ziyarətçiləridir. Ziyarət “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə təşkil edilib.

STEAM İnnovasiya Mərkəzinin İnnovativ Təhsil Departamentinin müdiri Təranə İbrahimlinin qəzetimizə verdiyi məlumata əsasən, əvvəlcə bütün uşaqlar yaşlarından asılı olmayaraq mərkəzdə mütəxəssislər tərəfindən öncədən hazırlanmış proqram əsasında əyləncəli və öyrədici məzmuna malik elm şousu izləyiblər.

Daha sonra şəhid övladları 5 qrupa bölünüb və qrup rəhbərlərinə məlumat vərəqləri paylanıb. İbtidai sinif şagirdləri “Bumble bee”, “Sadə proqramlaşdırma” məkanları ilə tanış ediliblər. 10-18 yaş arası uşaqlar ideya emalatxanası, “Rəqəmlərlə havada” adlı uçuş simulyatoru, eləcə də “Sfera üzərində elm”, “İlluziyalar və fiziki eksponatlar”, “Virtual reallıq”, “Enerji”, “Aviasiya”, “Nyuton” otaqlarını ziyarət ediblər. 

Bu otaqlarda şagirdlər təlimləri dinləyibmühəndislikdizaynproqramlaşdırma prosesini öyrənib,  müxtəlif eksponatlarlaavadanlıqlarla yaxından tanış olublarSTEAM İnnovasiya Mərkəzinə ziyarətin təşkil edilməsində əsas məqsəd şagirdlərə elmin çətin deyil, əksinə, maraqlı və əyləncəli olduğunu göstərmək olub.  Ziyarət əsnasında STEAM İnnovasiya Mərkəzinin əməkdaşları tərəfindən şagirdlərdə maraq doğuran suallar cavablandırılıb və onlar aktiv fəaliyyətlərə cəlb ediliblər. Sonda uşaqlarla xatirə şəkli çəkdirilib.

STEAM İnnovasiya Mərkəzində təşkil edilən ziyarət çərçivəsində Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladları ilə söhbət etdik, onların  təəssüratları ilə tanış olduq.

Əyani, görərək, toxunaraq öyrənirik”

Qalereya